×
غافرAyə 62

Muxtəsər təfsir

ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ خَـٰلِقُ كُلِّ شَىْءٍ لَّآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ ﴿٦٢﴾

Sizə Öz nemətlərindən bəxş edən o Allah, hər şeyin Xaliqidir. Ondan başqa xaliq yoxdur. Eləcə də, Ondan başqa ibadə­tə olunmağa haqqı çatan məbud yoxdur! Elə isə siz necə, Ona ibadət etməkdən üz döndərib, nə bir xeyir, nə də bir zərər verməyə qadir olan (bütlərə) ibadət edirsiniz!