Muxtəsər təfsir
هُوَ ٱلْحَىُّ لَآ إِلَـٰهَ إِلَّا هُوَ فَٱدْعُوهُ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ ۗ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٦٥﴾
O, əbədi yaşayandır, ölməzdir, Ondan başqa ibadətə haqqı çatan məbud yoxdur. Allaha, yalnız Onun üzünü diləyərək, ibadət və dua edin. Allahın yaratdığı heç bir məxluqunu Ona şərik qoşmayın. Həmd, məxluqatın Rəbbi Allaha məxsusdur!