Muxtəsər təfsir
وَجَعَلَ فِيهَا رَوَٰسِىَ مِن فَوْقِهَا وَبَـٰرَكَ فِيهَا وَقَدَّرَ فِيهَآ أَقْوَٰتَهَا فِىٓ أَرْبَعَةِ أَيَّامٍ سَوَآءً لِّلسَّآئِلِينَ ﴿١٠﴾
O, yer silkələnməsin deyə onun üstündə möhkəm duran dağlar yerləşdirdi, ora bərəkət verdi, oranı sakinləri üçün bərəkətli bir yer etdi və ruzi istəyənlər üçün orada insanların və heyvanların ruzisini, əvvəlki iki gün (bazar və bazar ertsəi) də daxil olmaqla, dörd gündə - ikinci və üçüçncü günlər müəyyən etdi.