×
فصلتAyə 22

Muxtəsər təfsir

وَمَا كُنتُمْ تَسْتَتِرُونَ أَن يَشْهَدَ عَلَيْكُمْ سَمْعُكُمْ وَلَآ أَبْصَـٰرُكُمْ وَلَا جُلُودُكُمْ وَلَـٰكِن ظَنَنتُمْ أَنَّ ٱللَّهَ لَا يَعْلَمُ كَثِيرًا مِّمَّا تَعْمَلُونَ ﴿٢٢﴾

Siz günah işlər gördüyünüz zaman qulaqlarınızın, göz­lə­rinizin və dərilərinizin əley­hi­nizə şa­hid olma­sın­dan çəki­nib gizlənmirdiniz. Çünki siz ölümdən sonra haqq-hessaba çəkilməyə, cəzalandırılmağa və mükafatlandırılmağa inanmırdınız. Əksinə, elə zənn edirdi­niz ki, pak və müqəddəs Allah sizin etdi­yi­niz əməllərin çoxunu bil­mir, bu əməllər Ondan gizli qalır. Elə bu səbəbdən də, aldandınız.