Muxtəsər təfsir
فَإِن يَصْبِرُوا۟ فَٱلنَّارُ مَثْوًى لَّهُمْ ۖ وَإِن يَسْتَعْتِبُوا۟ فَمَا هُم مِّنَ ٱلْمُعْتَبِينَ ﴿٢٤﴾
Qulaqları, gözləri və dəriləri özlərinin əleyhinə şahidlik etdikləri bu kimsələr əzaba səbir edib dözsələr də, onların qərar tutacaqları və sığınıcaqları yer oddur. Onlar əzabın aradan qaldırılmasını və Allahın onlardan razı qalmasını diləsələr də, Allahın razılığını qazana bilməyəcək və heç vaxt Cənnətə girməyəcəklər.