Muxtəsər təfsir
إِنَّ ٱلَّذِينَ قَالُوا۟ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسْتَقَـٰمُوا۟ تَتَنَزَّلُ عَلَيْهِمُ ٱلْمَلَـٰٓئِكَةُ أَلَّا تَخَافُوا۟ وَلَا تَحْزَنُوا۟ وَأَبْشِرُوا۟ بِٱلْجَنَّةِ ٱلَّتِى كُنتُمْ تُوعَدُونَ ﴿٣٠﴾
Həqiqətən də: “Rəbbimiz Allahdır, bizim Ondan başqa Rəbbimiz yoxdur!” – deyib sonra Onun əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə düz yol tutan kəslərə, onlar ölüm ayağında ikən mələklər nazil olub onlara deyirlər: “Ölümdən və ölümdən sonra baş verəcəklərdən qorxmayın və dünyada qoyub gəldiklərinizə görə kədərlənməyin! Dünyada ikən Allaha olan imanınıza və saleh əməllərinizə görə sizə vəd edilən Cənnətlə sevinin!