Muxtəsər təfsir
وَلَا تَسْتَوِى ٱلْحَسَنَةُ وَلَا ٱلسَّيِّئَةُ ۚ ٱدْفَعْ بِٱلَّتِى هِىَ أَحْسَنُ فَإِذَا ٱلَّذِى بَيْنَكَ وَبَيْنَهُۥ عَدَٰوَةٌ كَأَنَّهُۥ وَلِىٌّ حَمِيمٌ ﴿٣٤﴾
Savab qazandıran əməllər və Allahı razı salan ibadətlərlə Allahı qəzəbə gətirəcək pisliklər və asiliklər eyni ola bilməz. İnsanlardan sənə pislik etmiş kimsənin pisliyini yaxşı əməllə dəf et! Onun pisliyini yaxşılıqla dəf etdiyin zaman səninlə aranda düşmənçilik olmuş kimsə sanki yaxın bir dost olar.