Muxtəsər təfsir
وَمِنْ ءَايَـٰتِهِ ٱلَّيْلُ وَٱلنَّهَارُ وَٱلشَّمْسُ وَٱلْقَمَرُ ۚ لَا تَسْجُدُوا۟ لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ وَٱسْجُدُوا۟ لِلَّهِ ٱلَّذِى خَلَقَهُنَّ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ ﴿٣٧﴾
Bir-birini əvəz edən gecə və gündüz, habelə, günəş və ay Allahın əzəmətinə və tək İlah olduğuna dəlalət edən dəlillərindəndir. Ey insanlar, əgər siz Allaha haqqı ilə ibadət edirsinizsə, günəşə və aya səcdə etməyin, onları yaradan tək Allaha səcdə edin.