×
فصلتAyə 47

Muxtəsər təfsir

إِلَيْهِ يُرَدُّ عِلْمُ ٱلسَّاعَةِ ۚ وَمَا تَخْرُجُ مِن ثَمَرَٰتٍ مِّنْ أَكْمَامِهَا وَمَا تَحْمِلُ مِنْ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِۦ ۚ وَيَوْمَ يُنَادِيهِمْ أَيْنَ شُرَكَآءِى قَالُوٓا۟ ءَاذَنَّـٰكَ مَا مِنَّا مِن شَهِيدٍ ﴿٤٧﴾

Qiyamət saatı haqqında bilgi yal­nız Allaha məxsusdur və Onun nə zaman vaqe olacağını yalnız O bilir. Bunu Ondan başqa heç kəs bilmir. Onun xə­bəri olmadan heç bir meyvə toxu­mundan cücərib çıx­maz, heç bir dişi hamilə qalmaz və bət­nində daşı­dığı yükü yerə qoy­maz. Bunlardan heç bir şey Ondan gizli qalmaz. Qiyamət günü Allah, Onunla yanaşı bütlərə ibadət edən müşrikləri ça­ğırıb, onları bütlərə ibadət etdiklərinə görə məzəmmət edib deyəcək: “Mənim şərikim olduğunu iddia etdiyiniz şəriklərim haradadır?!” Müşriklər deyəcəklər: “Biz Sənin qarşında etiraf edirik ki, indi heç birimiz Sənin şərikin olduğunu deyə bilməz!”