Muxtəsər təfsir
قُلْ أَرَءَيْتُمْ إِن كَانَ مِنْ عِندِ ٱللَّهِ ثُمَّ كَفَرْتُم بِهِۦ مَنْ أَضَلُّ مِمَّنْ هُوَ فِى شِقَاقٍۭ بَعِيدٍ ﴿٥٢﴾
Ey Peyğəmbər, haqqı yalan sayan o müşriklərə de: “Bir deyin görək, əgər bu Quran Allah tərəfindəndirsə, sonra da, siz onu inkar edir və onu yalan sayırsınızsa, belə olduğu təqdirdə sizin halınız necə olacaq?! Haqq açıq-aydın, dəlil-sübutla əsaslandırıldığı və tutarlı ola-ola inad edib onu qəbul etməyən kəsdən daha çox azmış kim ola bilər?!