Muxtəsər təfsir
أَلَآ إِنَّهُمْ فِى مِرْيَةٍ مِّن لِّقَآءِ رَبِّهِمْ ۗ أَلَآ إِنَّهُۥ بِكُلِّ شَىْءٍ مُّحِيطٌۢ ﴿٥٤﴾
Doğrudan da, o müşriklər dirilməni inkar etdiklərinə görə, qiyamət günü özlərinin Rəbbi ilə qarşılaşacaqlarına şəkk edirlər. Onlar axirətə inanmırlar və elə buna görə də, yaxşı işlər görməklə o gün üçün hazırlıq görmürlər. Həqiqətən, Allah elm və qüdrət ilə hər şeyi əhatə edəndir.