Muxtəsər təfsir
شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحًا وَٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِۦٓ إِبْرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓ ۖ أَنْ أَقِيمُوا۟ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُوا۟ فِيهِ ۚ كَبُرَ عَلَى ٱلْمُشْرِكِينَ مَا تَدْعُوهُمْ إِلَيْهِ ۚ ٱللَّهُ يَجْتَبِىٓ إِلَيْهِ مَن يَشَآءُ وَيَهْدِىٓ إِلَيْهِ مَن يُنِيبُ ﴿١٣﴾
Ey Peyğəmbər! Biz Nuha nəyi təbliğ etməsini və nəyə əməl etməsini əmr etdiksə, sənə, vəhy etdiyimizi, habelə, İbrahimə, Musaya və İsaya nəyi təbliğ etməsini və nəyə əməl etməsini əmr etdiksə, sizin üçün də onun bənzərini dində qanun etdik. Bunun xülasəsi belədir: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin müşrikləri Allahın tək ilah olduğunu qəbul etməyə və Ondan baqasına edilən ibadəti tərk etməyə çağırmağın onlara ağır gəldi. Allah Öz qullarından istədiyini seçib onu Allaha ibadət və itaət etməyə müvəffəq edər, həmçinin, günahlarına görə tövbə edib Allaha üz tutan kimsəni də Özünə tərəf yönəldər.