Muxtəsər təfsir
ذَٰلِكَ ٱلَّذِى يُبَشِّرُ ٱللَّهُ عِبَادَهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ ۗ قُل لَّآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا ٱلْمَوَدَّةَ فِى ٱلْقُرْبَىٰ ۗ وَمَن يَقْتَرِفْ حَسَنَةً نَّزِدْ لَهُۥ فِيهَا حُسْنًا ۚ إِنَّ ٱللَّهَ غَفُورٌ شَكُورٌ ﴿٢٣﴾
Allahın Öz rəsulu vasitəsilə, Allaha və Onun elçilərinə iman gətirib yaxşı işlər görən kimsələrə verdiyi böyük müjdə budur. Ey Peyğəmbər, de: “Mən haqqı təbliğ etdiyimə görə sizdən mükafat istəmirəm. Yalnız sizin özünüzə fayda verəcək bir mükafatdan başqa. Bu da, mənim sizinlə olan qohumluğuma görə sevməyinizdir". Kim bir yaxşılıq edərsə, Biz onun savabını on mislində artırarıq. Həqiqətən, Allah Öz qullarından Ona tövbə edən kimsənin günahlarını bağışlayar, üstəlik, onların Onun üzü xatirinə etdikləri yaxşı əməllərin əvəzini verər.