Muxtəsər təfsir
وَكَذَٰلِكَ أَوْحَيْنَآ إِلَيْكَ رُوحًا مِّنْ أَمْرِنَا ۚ مَا كُنتَ تَدْرِى مَا ٱلْكِتَـٰبُ وَلَا ٱلْإِيمَـٰنُ وَلَـٰكِن جَعَلْنَـٰهُ نُورًا نَّهْدِى بِهِۦ مَن نَّشَآءُ مِنْ عِبَادِنَا ۚ وَإِنَّكَ لَتَهْدِىٓ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ ﴿٥٢﴾
Ey Peyğəmbər! Biz səndən əvvəlki peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də Özümüzdən olan Quranı vəhy etdik. Bundan öncə sən elçilərə nazil edilmiş səmavi kitabların nə olduğunu, habelə, imanın nə olduğunu bilmirdin. Lakin Biz Quranı, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün bir nur olaraq nazil etdik. Həqiqətən, sən insanları doğru yola - İslamı dininə yönəldirsən.