×
الشورىAyə 7

Muxtəsər təfsir

وَكَذَٰلِكَ أَوْحَيْنَآ إِلَيْكَ قُرْءَانًا عَرَبِيًّا لِّتُنذِرَ أُمَّ ٱلْقُرَىٰ وَمَنْ حَوْلَهَا وَتُنذِرَ يَوْمَ ٱلْجَمْعِ لَا رَيْبَ فِيهِ ۚ فَرِيقٌ فِى ٱلْجَنَّةِ وَفَرِيقٌ فِى ٱلسَّعِيرِ ﴿٧﴾

Ey Peyğəmbər, səndən əvvəlki peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də, ərəbcə Quran vəhy etdik ki, Məkkə əhli­ni və onun ətrafındakı ərəb kəndlərini, sonra da, bütün insanları xəbərdar edə­sən, habelə, insanları qiyamət günü ilə - Allahın əvvəlki və sonrakı insanların hamısını bir yerə toplayıb haqq-hesaba çəkəcəyi və əməllərinin əvəzini verəcəyi ilə qorxudasan. O günün vaqe olacağına dair heç bir şəkk-şübhə yoxdur. O gün insanlar iki dəstəyə ayrılacaq: bir dəstə - yəni, möminlər Cənnətdə, bir dəstə də - yəni, kafirlər Cəhənnəmdə olacaq.