Muxtəsər təfsir
أَمِ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ ۖ فَٱللَّهُ هُوَ ٱلْوَلِىُّ وَهُوَ يُحْىِ ٱلْمَوْتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ ﴿٩﴾
Müşriklər özlərini himayə etmək üçün özlərinə Allahdan başqa hamilər götürdülər. Halbuki, haqq himayədar yalnız Allahdır. Ondan başqası nə xeyir verə bilər, nə də zərər. O, qiyamət günü haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün onları dirildəcəkdir. O, Pak və müqəddəsdir və heç bir şey Onu aciz qoya bilməz.