Muxtəsər təfsir
وَمَا نُرِيهِم مِّنْ ءَايَةٍ إِلَّا هِىَ أَكْبَرُ مِنْ أُخْتِهَا ۖ وَأَخَذْنَـٰهُم بِٱلْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ ﴿٤٨﴾
Bizim Firona və onun qövmündən olan əşrəflərə, Musaın (aleyhissəlam) peyğəmbərliyinin doğru olduğunu sübut etmək üçün göstərdiyimiz hər bir möcüzə, əvvəlkindən daha böyük idi. Biz onları dünyada əzabla yaxaladıq ki, bəlkə, küfrlərindən dönsünlər. Lakin bunun heç bir faydası olmadı.