×
الزخرفAyə 67

Muxtəsər təfsir

ٱلْأَخِلَّآءُ يَوْمَئِذٍۭ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا ٱلْمُتَّقِينَ ﴿٦٧﴾

Küfr və azğınlıq yolunda bir-biri ilə möhkəm dost olan və bir-birinə sadiq qalan kimsələr qiyamət günü bir-birinə düş­mən kə­silə­cəklər. Yalnız Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxan kimsələrdən başqa. Onların dostluğu əbədidir, heç vaxt sona yetməyəcəkdir.