×
الدخانAyə 6

Muxtəsər təfsir

رَحْمَةً مِّن رَّبِّكَ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٦﴾

Ey Peyğəmbər! Biz elçiləri göndərildikləri insanlara Rəbbindən mərhə­mət olaraq göndəririk. Şübhəsiz ki, pak və müqəddəs Allah Öz qullarının dediklərini Eşidən­dir, onların əməllərini və niyyətlərini Biləndir. Bunlardan heç bir şey Ona gizli qalmaz.