Muxtəsər təfsir
وَقِيلَ ٱلْيَوْمَ نَنسَىٰكُمْ كَمَا نَسِيتُمْ لِقَآءَ يَوْمِكُمْ هَـٰذَا وَمَأْوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّـٰصِرِينَ ﴿٣٤﴾
Allah onlara deyəcək: “Siz bu gününüzə qovuşacağınızı unutduğunuz, iman gətirib yaxşı işlər görməklə o gün üçün tədarük görmədiyiniz kimi, Biz də bu gün sizi Cəhənnəm odunda tərk edəcəyik. Sizin qərar tutmaq üçün gedəcəyiniz yer Cəhənnəmdir. Allahın əzabını sizdən dəf edəcək köməkçiləriniz də olmayacaqdır.