Muxtəsər təfsir
يَسْمَعُ ءَايَـٰتِ ٱللَّهِ تُتْلَىٰ عَلَيْهِ ثُمَّ يُصِرُّ مُسْتَكْبِرًا كَأَن لَّمْ يَسْمَعْهَا ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ ﴿٨﴾
Bu kafir Allahın Qurandakı ayələrinin ona oxunduğunu eşidir, sonra guya özünə oxunan o ayələri eşitmirmiş kimi, haqqa boyun əyməyə təkəbbür göstərərək küfr və asilik etməyinə davam edir. Ey Peyğəmbər! Ona axirətdə başına gələcək müsibət - orada onu gözləyən ağrılı-acılı bir əzab barədə xəbər ver.