×
الأحقافAyə 15

Muxtəsər təfsir

وَوَصَّيْنَا ٱلْإِنسَـٰنَ بِوَٰلِدَيْهِ إِحْسَـٰنًا ۖ حَمَلَتْهُ أُمُّهُۥ كُرْهًا وَوَضَعَتْهُ كُرْهًا ۖ وَحَمْلُهُۥ وَفِصَـٰلُهُۥ ثَلَـٰثُونَ شَهْرًا ۚ حَتَّىٰٓ إِذَا بَلَغَ أَشُدَّهُۥ وَبَلَغَ أَرْبَعِينَ سَنَةً قَالَ رَبِّ أَوْزِعْنِىٓ أَنْ أَشْكُرَ نِعْمَتَكَ ٱلَّتِىٓ أَنْعَمْتَ عَلَىَّ وَعَلَىٰ وَٰلِدَىَّ وَأَنْ أَعْمَلَ صَـٰلِحًا تَرْضَىٰهُ وَأَصْلِحْ لِى فِى ذُرِّيَّتِىٓ ۖ إِنِّى تُبْتُ إِلَيْكَ وَإِنِّى مِنَ ٱلْمُسْلِمِينَ ﴿١٥﴾

Biz insana ata-anasının qayğısına qalmağı, onlar həyatda ikən və vəfat etdikdən sonra şəriətə uyğun olaraq onlara yaxşılıq etməyi qəti şəkildə əmr etdik. Xüsusilə də, onu bət­nində əziy­yətlə daşımış və əziyyətlə doğ­­muş anısının qayğısına qalmağı. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nə­hayət, onun ağlı və bədəni yet­kinlik çağına yetişib qırx yaşa çatdıqda, o deyər: “Ey Rəb­bim! Mənə, mə­nim özümə və va­li­deynlərimə bəxş etdiyin ne­mə­tə şükür et­mək və Sənin razı qa­la­cağın yaxşı işləri görmək üçün il­ham ver, onu məndən qəbul et, övladlarımı da mənim üçün əməlisaleh et. Mən günahlarımın bağışlanmasına görə Sənə tövbə et­dim. Mən, həqiqətən də, Sənə itaət edənlərdən və Sənin əmrlərinə təslim olanlardanam.