Muxtəsər təfsir
فَلَوْلَا نَصَرَهُمُ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ قُرْبَانًا ءَالِهَةًۢ ۖ بَلْ ضَلُّوا۟ عَنْهُمْ ۚ وَذَٰلِكَ إِفْكُهُمْ وَمَا كَانُوا۟ يَفْتَرُونَ ﴿٢٨﴾
Bəs nə üçün Allahdan başqa ilahiləşdirdikləri - yaxınlaşmaq məqsədilə qarşılarında ibadət edib, qurban kəsdikləri bütlər onlara kömək etmədi?! Qətiyyən onlara kömək etmədilər, əksinə, özləri köməyə möhtac olduqlarından dolayı onlardan uzaqlaşdılar. Bu onların, guya, bu bütlərin onlara fayda verəcəklərinə və Allah yanında onlar üçün şəfaətçilik edəcəklərinə dair nəfslərinin onlara vəd etdiyi yalan və iftiralarından başqa bir şey deyildir.