×
الأحقافAyə 34

Muxtəsər təfsir

وَيَوْمَ يُعْرَضُ ٱلَّذِينَ كَفَرُوا۟ عَلَى ٱلنَّارِ أَلَيْسَ هَـٰذَا بِٱلْحَقِّ ۖ قَالُوا۟ بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ ﴿٣٤﴾

Allahı və Rəsulunu inkar edənlər kafirlər Cəhənnəm odunun qarşısına gətiri­lə­cəkləri gün onlara məzəmmət edilərək deyiləcəkdir: “Mə­gər gördüyünüz bu əzab həqiqət deyilmi?!” Yoxsa bu əzab, sizin dünyada söylədiyiniz kimi yalan bir şeydir?! Onlar: “Bəli, Rəb­bimizə and ol­sun ki, o, hə­qi­qət­dir!” – deyə cavab verəcəklər. Bu zaman onlara belə deyiləcəkdir: “Allaha küfr et­diyinizə görə da­dın əzabı!”