Muxtəsər təfsir
وَإِذَا حُشِرَ ٱلنَّاسُ كَانُوا۟ لَهُمْ أَعْدَآءً وَكَانُوا۟ بِعِبَادَتِهِمْ كَـٰفِرِينَ ﴿٦﴾
Bütlərin dünyada insanlara heç bir fayda verməməsindən əlavə, insanlar qiyamət günü bir yerə toplanacaqları zaman bütlər onlara ibadət edən kimsələrə düşmən kəsiləcək, həmin insanlardan uzaq duracaq və o insanların onlara ibadətindən xəbərsiz olduqlarını bildirəcəklər.