×
محمدAyə 13

Muxtəsər təfsir

وَكَأَيِّن مِّن قَرْيَةٍ هِىَ أَشَدُّ قُوَّةً مِّن قَرْيَتِكَ ٱلَّتِىٓ أَخْرَجَتْكَ أَهْلَكْنَـٰهُمْ فَلَا نَاصِرَ لَهُمْ ﴿١٣﴾

Əhalsi səni qovub çıxaran Məkkə şəhərindən daha qüvvətli və daha çox oğul-uşaq və mal-dövlət sahibi olan əvvəlki ümmətlərin yaşadığı neçə-ne­çə məmləkət olub ki, onlar peyğəmbərlərini yalan saydıqlarına görə, Biz onları məhv etmişik və on­lara Allahın əzabı gəldikdə onları bu əzabdan qurtaran yardımçı tapılmayıb. Eləcə də, əgər biz Məkkə əhalisini məhv etmək istəsək, Bizim qarşımızı kəsən tapılmaz.