Muxtəsər təfsir
فَٱعْلَمْ أَنَّهُۥ لَآ إِلَـٰهَ إِلَّا ٱللَّهُ وَٱسْتَغْفِرْ لِذَنۢبِكَ وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ ۗ وَٱللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَىٰكُمْ ﴿١٩﴾
Ey Peyğəmbər! Yəqin bil ki, Allahdan başqa haqq məbud yoxdur. Sən Allahdan həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların günahlarının bağışlanmasını dilə. Allah sizin gündüz vaxtı gəzib-dolaşdığınız yeri də, gecə qalacağınız məskəni də bilir. Bunlardan heç bir şey Ona gizli qalmaz.