×
محمدAyə 25

Muxtəsər təfsir

إِنَّ ٱلَّذِينَ ٱرْتَدُّوا۟ عَلَىٰٓ أَدْبَـٰرِهِم مِّنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْهُدَى ۙ ٱلشَّيْطَـٰنُ سَوَّلَ لَهُمْ وَأَمْلَىٰ لَهُمْ ﴿٢٥﴾

Özlərinə dəlil-sübut göstərildikdən və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) doğru danışdığı bəlli olduqdan sonra imandan üz döndərib kafir və münafiq olan kimsələrə şeytan küfrü və nifaqı gözəl göstərmiş, bunu onlar üçün asanlaşdırmış və onlara uzun ömür vəd etmişdir.