×
محمدAyə 3

Muxtəsər təfsir

ذَٰلِكَ بِأَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ ٱتَّبَعُوا۟ ٱلْبَـٰطِلَ وَأَنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّبَعُوا۟ ٱلْحَقَّ مِن رَّبِّهِمْ ۚ كَذَٰلِكَ يَضْرِبُ ٱللَّهُ لِلنَّاسِ أَمْثَـٰلَهُمْ ﴿٣﴾

Bu iki dəstəyə veriləcək cəza və mükafat, Allaha küfr edənlərin batilə uymaları, Allaha və Onun rəsuluna iman gətirənlərin isə öz Rəb­bin­dən gələn haqqa tabe olmaları səbəbi ilədir. Bu iki dəstənin səy etdikləri əməllər fərqli və müxtəlif olduğuna görə əməllərinin əvəzi də fərqli və müxtəlifdir. Allah, bu iki dəstə: möminlər və kafirlər haqqında verdiyi hökmü bəyan etdiyi kimi, taylı tayını tapması üçün in­sanlara onların özlərinə dair məsələləri belə misal çəkir!