Muxtəsər təfsir
ذَٰلِكَ بِأَنَّهُمْ كَرِهُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ فَأَحْبَطَ أَعْمَـٰلَهُمْ ﴿٩﴾
Onlara verilən bu cəza ona görədir ki, onlar Allahın Öz rəsuluna nazil etdiyi Qurana - onun içində zikr edilən Allahın təkliyinə nifrət etdilər. Odur ki, Allah onların əməllərini puça çıxartdı, beləliklə də, onlar dünyada və axirətdə ziyana uğradılar.