Muxtəsər təfsir
سَيَقُولُ لَكَ ٱلْمُخَلَّفُونَ مِنَ ٱلْأَعْرَابِ شَغَلَتْنَآ أَمْوَٰلُنَا وَأَهْلُونَا فَٱسْتَغْفِرْ لَنَا ۚ يَقُولُونَ بِأَلْسِنَتِهِم مَّا لَيْسَ فِى قُلُوبِهِمْ ۚ قُلْ فَمَن يَمْلِكُ لَكُم مِّنَ ٱللَّهِ شَيْـًٔا إِنْ أَرَادَ بِكُمْ ضَرًّا أَوْ أَرَادَ بِكُمْ نَفْعًۢا ۚ بَلْ كَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرًۢا ﴿١١﴾
Ey Peyğəmbər! Sən, Allahın, özlərinə səninlə bərabər Məkkəyə getməyi nəsib etmədiyi bədəviləri qınayarkən onlar sənə deyəcəklər: “Var-dövlətimizə nəzarət etmək və ailələrimizə baxmaq bizi səninlə birlikdə (döyüşə) getməkdən yayındırdı. Allahdan bizim günahlarımız üçün bağışlanma dilə!” Onlar qəlblərində olmayanı - Peyğəmbərin (səllallahu aleyhi və səlləm) onlar üçün bağışlanma diləməsini dilləri ilə deyirlər. Çünki onlar öz günahlarına görə tövbə etməmişlər. Onlara de: "Əgər Allah sizə bir xeyir vermək və ya bir zərər yetirmək istəsə, heç kəs Onun edəcəyi işin qarşısını ala bilməz." Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır, əməllərinizi nə qədər gizlətsənizdə, onlardan heç bir şey Allaha gizli qalmaz.