Muxtəsər təfsir
لِّيَغْفِرَ لَكَ ٱللَّهُ مَا تَقَدَّمَ مِن ذَنۢبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُۥ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَٰطًا مُّسْتَقِيمًا ﴿٢﴾
Allah sənin bu fəthdən əvvəlki və ondan sonrakı günahlarını bağışlasın, sənin dininə kömək etməklə sənə olan nemətini tamamlasın, səni əyriliyi olmayana düz yola - doğru-düzgün İslam yoluna yönəltsin.