×
الفتحAyə 22

Muxtəsər təfsir

وَلَوْ قَـٰتَلَكُمُ ٱلَّذِينَ كَفَرُوا۟ لَوَلَّوُا۟ ٱلْأَدْبَـٰرَ ثُمَّ لَا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا ﴿٢٢﴾

Ey möminlər! Əgər Allaha və Onun rəsuluna küfr edənlər sizinlə vu­ruşsalar, mütləq məğlub olaraq arxaya dönüb qa­çar­lar. Sonra da onlar özlə­ri­nin işini yoluna qoyan nə bir hima­yədar, nə də döyüşdə qalib gəlmələri üçün bir köməkçi taparlar.