Muxtəsər təfsir
وَهُوَ ٱلَّذِى كَفَّ أَيْدِيَهُمْ عَنكُمْ وَأَيْدِيَكُمْ عَنْهُم بِبَطْنِ مَكَّةَ مِنۢ بَعْدِ أَنْ أَظْفَرَكُمْ عَلَيْهِمْ ۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا ﴿٢٤﴾
Hudeybiyyədə müşriklərdən səksən kişi gəlib sizə pislik etmək istədikləri zaman onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Allahdır. Beləcə, siz nə onları öldürdünüz, nə də onlara əziyyət verdiniz, əksinə, onları əsir götürməyə qadir olduqdan sonra onları azad buraxdınız. Allah sizin nə etdiklərinizi görür, sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz.