Muxtəsər təfsir
وَيُعَذِّبَ ٱلْمُنَـٰفِقِينَ وَٱلْمُنَـٰفِقَـٰتِ وَٱلْمُشْرِكِينَ وَٱلْمُشْرِكَـٰتِ ٱلظَّآنِّينَ بِٱللَّهِ ظَنَّ ٱلسَّوْءِ ۚ عَلَيْهِمْ دَآئِرَةُ ٱلسَّوْءِ ۖ وَغَضِبَ ٱللَّهُ عَلَيْهِمْ وَلَعَنَهُمْ وَأَعَدَّ لَهُمْ جَهَنَّمَ ۖ وَسَآءَتْ مَصِيرًا ﴿٦﴾
Bütün bunlar, Allah Öz dininə kömək etməyəcəyinə və Öz kəlməsini ucaltmayacağına dair pis zənndə olan münafiq kişi və münafiq qadınlara, Allaha şərik qoşan kişi və şərik qoşan qadınlara əzab verməsi üçündür. Əzab onları bürüdü və öz küfrlərinə və pis zənlərinə görə Allahın onlara qəzəbi tutdu. Allah onları Öz rəhmətindən qovdu və axirətdə onlar üçün içində əbədi qalacaqları Cəhənnəm hazırlamışdır. Cəhənnəm nə pis dönüş yeridir.