Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا يَسْخَرْ قَوْمٌ مِّن قَوْمٍ عَسَىٰٓ أَن يَكُونُوا۟ خَيْرًا مِّنْهُمْ وَلَا نِسَآءٌ مِّن نِّسَآءٍ عَسَىٰٓ أَن يَكُنَّ خَيْرًا مِّنْهُنَّ ۖ وَلَا تَلْمِزُوٓا۟ أَنفُسَكُمْ وَلَا تَنَابَزُوا۟ بِٱلْأَلْقَـٰبِ ۖ بِئْسَ ٱلِٱسْمُ ٱلْفُسُوقُ بَعْدَ ٱلْإِيمَـٰنِ ۚ وَمَن لَّمْ يَتُبْ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ ﴿١١﴾
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Sizdən bir toplum digər bir topluma istehza etməsin. Ola bilər ki, istehza olunan toplum Allah yanında (istehza edən toplumdan) daha xeyirli olsun. İbrət Allah yanında xeyirli olmaqdadır. Qadınlar da qadınlara istehza etməsinlər. Ola bilər ki, istehza olunan qadınlar Allah yanında (istehza edilən qadınlardan) daha xeyirli olsunlar. Özünüz kimi mömin qardaşlarınıza tənə vurmayın və bir-birinizi xoşlamadığı ləqəblərlə çağırıb utandırmayın. Necə ki, ənsardan bəzisi, hələ Rəsulullah (səllallahu aleyhi və səlləm) (Mədinəyə) gəlməmişdən əvvəl bir-birini belə ləqəblərlə çağırardı. Sizlərdən kim belə etsə, fasiq sayılar. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Bu günahlara görə tövbə etməyən kimsələr - məhz belələri, asiliklər edib özlərini məhvə uğratmaqla özlərinə zülm edənlərdir.