Muxtəsər təfsir
قَالَتِ ٱلْأَعْرَابُ ءَامَنَّا ۖ قُل لَّمْ تُؤْمِنُوا۟ وَلَـٰكِن قُولُوٓا۟ أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ ٱلْإِيمَـٰنُ فِى قُلُوبِكُمْ ۖ وَإِن تُطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ لَا يَلِتْكُم مِّنْ أَعْمَـٰلِكُمْ شَيْـًٔا ۚ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ ﴿١٤﴾
Bədəvilərdən bəzisi Peyğəmbərin (səllallahu aleyhi və səlləmin) yanına gəldikdə: "Biz Allaha və Onun rəsuluna iman gətirmişik" – dedilər. Ey Peyğəmbər! Onlara de: “Siz iman gətirməmisiniz! Lakin siz: “Biz təslim olduq və boyun əydik!” – deyin. Hələ iman sizin qəlbinizə daxil olmamışdır, ola bilsin ki, tezliklə daxil olsun. Ey bədəvilər! Əgər siz Allaha və Onun rəsuluna itaət edərək iman gətirib yaxşı işlər görsəniz və haramlardan çəkinsəniz, Allah sizin əməllərinizin savabından heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah Öz qullarından tövbə edən kəsləri bağışlayar və onlara rəhm edər!”