×
الحجراتAyə 9

Muxtəsər təfsir

وَإِن طَآئِفَتَانِ مِنَ ٱلْمُؤْمِنِينَ ٱقْتَتَلُوا۟ فَأَصْلِحُوا۟ بَيْنَهُمَا ۖ فَإِنۢ بَغَتْ إِحْدَىٰهُمَا عَلَى ٱلْأُخْرَىٰ فَقَـٰتِلُوا۟ ٱلَّتِى تَبْغِى حَتَّىٰ تَفِىٓءَ إِلَىٰٓ أَمْرِ ٱللَّهِ ۚ فَإِن فَآءَتْ فَأَصْلِحُوا۟ بَيْنَهُمَا بِٱلْعَدْلِ وَأَقْسِطُوٓا۟ ۖ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ ﴿٩﴾

Ey möminlər! Əgər möminlərdən iki dəs­tə bir-biri ilə vuruşsa, siz, onların hər ikisini ixtilafa düşdükləri məsələdə Allahın şəriəti ilə hökm verməyə dəvət etməklə onları ba­rış­dı­rın. Əgər onlardan biri sülhə gəlməkdən imtina edib təcavüzünə davam etsə, tə­cavüzkar dəs­tə ilə, Allahın hökmünü yerinə yetirməyə qayı­da­nadək, vuru­şun. Əgər o, Allahın hökmünə qa­yıt­sa, hər iki dəstəni əda­lət və insafla ba­rışdırın və onların arasında hökm verdikdə ədalətli olun. Şübhəsiz ki, Allah özlərinin verdiyi hökmdə ədalətli olanları sevər.