Muxtəsər təfsir
قُل لَّا يَسْتَوِى ٱلْخَبِيثُ وَٱلطَّيِّبُ وَلَوْ أَعْجَبَكَ كَثْرَةُ ٱلْخَبِيثِ ۚ فَٱتَّقُوا۟ ٱللَّهَ يَـٰٓأُو۟لِى ٱلْأَلْبَـٰبِ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿١٠٠﴾
Ey Peyğəmbər! De: "Murdar şeyin çox olması sənin xoşuna gəlsə də, hər bir murdar şeylə hər bir təmiz şey eyni ola bilməz, murdar şeyin çox olması, heç də onun üstün olması demək deyildir". Ey ağıl sahibləri! Murdar şeyləri tərk edib, təmiz şeyləri etməklə Allahdan qorxun ki, bəlkə cənnətə nail olasınız.