Muxtəsər təfsir
يَوْمَ يَجْمَعُ ٱللَّهُ ٱلرُّسُلَ فَيَقُولُ مَاذَآ أُجِبْتُمْ ۖ قَالُوا۟ لَا عِلْمَ لَنَآ ۖ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلْغُيُوبِ ﴿١٠٩﴾
Ey İnsanlar! Qiyamət günü Allah bütün elçilərini toplayacağı gün onlara: "Sizi göndərdiyim ümmətləriniz sizə nə cavab verildi?"- deyəcəyini, onlar da cavabı Allaha həvalə edərək: "Bizim elmimiz yoxdur. Ey Rəbbimiz! Şübhəsiz ki, hər şeyi bilən Sənsən, qeybləri bilən yalnız Sənsən!"– deyəcəklərini xatırlayın.