Muxtəsər təfsir
لِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا فِيهِنَّ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌۢ ﴿١٢٠﴾
Göylərin və yerin hökmranlığı yalnız Allaha məxsusdur. Bunların hər ikisini yaradan və idarə edən Allahdır. Onların arasında olan bütün məxluqat Onun mülküdür. O, hər şeyə qadirdir. Heç bir şey Onu aciz edə bilməz.