Muxtəsər təfsir
حُرِّمَتْ عَلَيْكُمُ ٱلْمَيْتَةُ وَٱلدَّمُ وَلَحْمُ ٱلْخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ وَٱلْمُنْخَنِقَةُ وَٱلْمَوْقُوذَةُ وَٱلْمُتَرَدِّيَةُ وَٱلنَّطِيحَةُ وَمَآ أَكَلَ ٱلسَّبُعُ إِلَّا مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى ٱلنُّصُبِ وَأَن تَسْتَقْسِمُوا۟ بِٱلْأَزْلَـٰمِ ۚ ذَٰلِكُمْ فِسْقٌ ۗ ٱلْيَوْمَ يَئِسَ ٱلَّذِينَ كَفَرُوا۟ مِن دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَٱخْشَوْنِ ۚ ٱلْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِى وَرَضِيتُ لَكُمُ ٱلْإِسْلَـٰمَ دِينًا ۚ فَمَنِ ٱضْطُرَّ فِى مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍ لِّإِثْمٍ ۙ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ ﴿٣﴾
Allah sizə kəsilmədən ölmüş heyvanı, axar qanı, donuz ətini, kəsildikdə Allahdan başqasının adı ilə kəsilmiş, boğularaq ölmüş, vurulub öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, başqa bir heyvanın buynuzu ilə vurulub ölmüş, aslan, pələnğ və canavar kimi yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş – qeyd edilən heyvanlardan canı çıxmamış kəsdiyiniz heyvanlar isə sizə halaldır – bütlər üçün kəsilmiş heyvanlar və üzərində (et) və ya (etmə) sözləri yazılmış daş, yaxud fal oxları ilə qeybdən qismət axtarıb, bu fal oxlarından bəxtinizə çıxana əməl etmənizi haram etdi. Sadalanan bu haramları etmək, Allahın taətindən çıxmaq deməkdir. Bu gün kafirlər dininizin gücünü gördükdən sonra, sizin İslamdan geri dönmənizdən ümidlərini kəsdilər. Elə isə siz onlardan qorxmayın, yalnız Məndən qorxun. Bu gün dininiz İslamı sizin üçün kamil etdim, sizə olan aşkar və gizli nemətimi tamamladım və sizin üçün din olaraq İslamı seçdim. Mən ondan başqa heç bir din qəbul etmirəm. Kim aclıq səbəbindən çarəsiz qalarsa, günaha meyl etməyərək, ölmüş heyvandan yeməsində ona günah yazılmaz. Çünki Allah bağışlayandır, rəhmlidir.