Muxtəsər təfsir
سَمَّـٰعُونَ لِلْكَذِبِ أَكَّـٰلُونَ لِلسُّحْتِ ۚ فَإِن جَآءُوكَ فَٱحْكُم بَيْنَهُمْ أَوْ أَعْرِضْ عَنْهُمْ ۖ وَإِن تُعْرِضْ عَنْهُمْ فَلَن يَضُرُّوكَ شَيْـًٔا ۖ وَإِنْ حَكَمْتَ فَٱحْكُم بَيْنَهُم بِٱلْقِسْطِ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ ﴿٤٢﴾
Bu yəhudilər yalana həddən çox qulaq asır və sələm kimi daima haram mal yeyirlər. Ey Peyğəmbər! Əgər onlar səndən öz aralarında hökm verməni tələb etsələr, istəsən onlar arasında hökm ver, ya da istəsən onlardan üz çevir. Sən bu iki iş arasında ixtiyar sahibisən. Əgər onlar arasında hökm verməsən, sənə heç bir şeylə zərər verə biləməzlər. Əgər onların arasında hökm verməli olsan, onlar zalım və ya düşmən də olsa, sən yenə də onların arasında ədalətlə hökm ver. Şübhəsiz ki, Allah, hökmündə, mühakimə olunanlar mühakimə edənlərin düşmənləri olsa, ədalətli olanları sevər.