Muxtəsər təfsir
وَأَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلْكِتَـٰبِ وَمُهَيْمِنًا عَلَيْهِ ۖ فَٱحْكُم بَيْنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُ ۖ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ عَمَّا جَآءَكَ مِنَ ٱلْحَقِّ ۚ لِكُلٍّ جَعَلْنَا مِنكُمْ شِرْعَةً وَمِنْهَاجًا ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَٰحِدَةً وَلَـٰكِن لِّيَبْلُوَكُمْ فِى مَآ ءَاتَىٰكُمْ ۖ فَٱسْتَبِقُوا۟ ٱلْخَيْرَٰتِ ۚ إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ﴿٤٨﴾
Ey Peyğəmbər! Biz Quranı sənə, onun Allahdan olmasına heç bir şək-şübhə olmadan, özündən əvvəl nazil edilmiş ilahi kitabları təsdiqləyən, onların doğruluğuna şahidlik edən, haqq olaraq nazil etdik. O kitablarda Qurana müvafiq olan hökmlər haqqdır, müxalif olanlar isə batil. Sən insanlar arasında, Allahın Qurandan sənə nazil etdiyi ilə hökm ver. Sənə nazil edilən, heç bir şəkkə yer olmayan haqqı buraxıb onların istəklərinə uyma. Biz hər bir ümmət üçün əməllərə bağlı hökmlərdən ibarət bir şəriət və onların Allahın yola yönəlmələri üçün açıq-aydın bir yol təyin etdik. Əgər Allah istəsəydi, bütün şəriətləri tək bir şəriət edərdi. Lakin Allah hamınızı imtahan edib, itaətkarı asi kimsədən ayırd edib, seçmək üçün hər bir ümmətə bir şəriət təyin etdi. Elə isə yaxşı işlər görməkdə və pis işlərdən əl çəkməkdə bir-birinizlə yarışın. Qiyamət günü dönüşünüz yalnız tək Allahadır. O, ixtilaf etdiyiniz şeylər barəsində sizə xəbər verəcək və etdiyiniz əməllərin də əvəzini sizə verəcəkdir.