Muxtəsər təfsir
قُلْ هَلْ أُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَٰلِكَ مَثُوبَةً عِندَ ٱللَّهِ ۚ مَن لَّعَنَهُ ٱللَّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ ٱلْقِرَدَةَ وَٱلْخَنَازِيرَ وَعَبَدَ ٱلطَّـٰغُوتَ ۚ أُو۟لَـٰٓئِكَ شَرٌّ مَّكَانًا وَأَضَلُّ عَن سَوَآءِ ٱلسَّبِيلِ ﴿٦٠﴾
Ey Peyğəmbər! De: "Cəza etibarilə bundan daha çox ayıb tutulmağa və daha şiddətli əzaba olanı sizə xəbər verimmi? Bu, Allahın Öz rəhmətindən qovduğu və qəzəbinə düçar olduğu, özlərini meymunlara və donuzlara döndərdiyi, üstəlik, tağuta ibadət edənlərə çevirdiyi ata-babalarıdır. Tağut: Allahdan başqa ibadət olunan və o da ona olunan ibadətdən razı qalan hər bir şeyə deyilir. Belə kimsələr, Qiyamət günü yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!"