Muxtəsər təfsir
لَوْلَا يَنْهَىٰهُمُ ٱلرَّبَّـٰنِيُّونَ وَٱلْأَحْبَارُ عَن قَوْلِهِمُ ٱلْإِثْمَ وَأَكْلِهِمُ ٱلسُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا۟ يَصْنَعُونَ ﴿٦٣﴾
Məgər onların imamları və elm adamları onları yalan sözlər danışmaqdan, yalan şahidlik etməkdən və insanların mallarını haram yollarla yeməkdən çəkindirə bilmirdilərmi? Onların imamlarının və elm adamlarının onları gördükləri əməllərdən çəkindirməməsi necə də pis bir işdir!