Muxtəsər təfsir
قُلْ يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لَسْتُمْ عَلَىٰ شَىْءٍ حَتَّىٰ تُقِيمُوا۟ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ ۗ وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَـٰنًا وَكُفْرًا ۖ فَلَا تَأْسَ عَلَى ٱلْقَوْمِ ٱلْكَـٰفِرِينَ ﴿٦٨﴾
Ey Peyğəmbər! De: "Ey Yəhudi və nəsranilər! Tövratda, İncildə olana və ona iman gətirmədikcə imanınız səhih olmayan Quranda sizə nazil edilənə əməl etmədikcə, siz mötədil bir din üzərində deyilsiniz". Əlbəttə, Rəbbindən sənə nazil edilən Quran, Kitab əhlinin qəlblərindəki həsəd üzündən bir çoxunun tüğyanını və küfrünü daha da artıracaqdır. Sən isə bu kafirlər üçün heyifsilənmə. Sənin ardınca gələn möminlər bəs edərlər.