×
المائدةAyə 72

Muxtəsər təfsir

لَقَدْ كَفَرَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ هُوَ ٱلْمَسِيحُ ٱبْنُ مَرْيَمَ ۖ وَقَالَ ٱلْمَسِيحُ يَـٰبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱعْبُدُوا۟ ٱللَّهَ رَبِّى وَرَبَّكُمْ ۖ إِنَّهُۥ مَن يُشْرِكْ بِٱللَّهِ فَقَدْ حَرَّمَ ٱللَّهُ عَلَيْهِ ٱلْجَنَّةَ وَمَأْوَىٰهُ ٱلنَّارُ ۖ وَمَا لِلظَّـٰلِمِينَ مِنْ أَنصَارٍ ﴿٧٢﴾

Həqiqətən, "Allah Mər­yəm oğlu İsa Məsihdir" – deyən nasranilər, ilahlığı Allahdan qeyrisinə nisbət etdikləri üçün artıq kafir oldu­lar. Baxmayaraq ki, Mər­yəm oğlu İsa Məsih elə özü onlara de­mişdir: "Ey İsrail oğul­ları! Tək Allaha ibadət edin, O, mənim də, sizin də Rəb­binizdir. Biz Ona ibadət etməkdə hamımız eyni səviyyədəyik. Allah, Ona başqasını şə­rik qo­şan kimsəyə əbədi olaraq Cən­nə­tə daxil olmasını haram edər, onun məskunlaşacağı yer Cəhənnəm odudur. Onun Allah yanında nə bir yardımçısı olar, nə də onu gözləyən əzabdan xilas edən bir köməkçisi".