Muxtəsər təfsir
تَرَىٰ كَثِيرًا مِّنْهُمْ يَتَوَلَّوْنَ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ لَبِئْسَ مَا قَدَّمَتْ لَهُمْ أَنفُسُهُمْ أَن سَخِطَ ٱللَّهُ عَلَيْهِمْ وَفِى ٱلْعَذَابِ هُمْ خَـٰلِدُونَ ﴿٨٠﴾
Ey Peyğəmbər! Sən bu yəhudilərdən kafir olanların əksəriyyətinin kafirləri sevib onlara meyil etdiyinə şahidsən. Onlar sənə və tövhid əhlinə qarşı düşmənçilik edirlər. Onların kafirləri özlərinə dost tutmaları necə də pisdir! Çünki onların bu əməli, Allahın onlara qəzəblənməsinə və özlərinin əzab içində əbədi qalacaqları və bir daha oradan çıxmayacaqları oda daxil olmasına səbəbdir.