×
المائدةAyə 95

Muxtəsər təfsir

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَقْتُلُوا۟ ٱلصَّيْدَ وَأَنتُمْ حُرُمٌ ۚ وَمَن قَتَلَهُۥ مِنكُم مُّتَعَمِّدًا فَجَزَآءٌ مِّثْلُ مَا قَتَلَ مِنَ ٱلنَّعَمِ يَحْكُمُ بِهِۦ ذَوَا عَدْلٍ مِّنكُمْ هَدْيًۢا بَـٰلِغَ ٱلْكَعْبَةِ أَوْ كَفَّـٰرَةٌ طَعَامُ مَسَـٰكِينَ أَوْ عَدْلُ ذَٰلِكَ صِيَامًا لِّيَذُوقَ وَبَالَ أَمْرِهِۦ ۗ عَفَا ٱللَّهُ عَمَّا سَلَفَ ۚ وَمَنْ عَادَ فَيَنتَقِمُ ٱللَّهُ مِنْهُ ۗ وَٱللَّهُ عَزِيزٌ ذُو ٱنتِقَامٍ ﴿٩٥﴾

Ey iman gətirənlər! Həcc və ya ümrə ziyarətində eh­ram­da olarkən quru ovunu öldürməyin. Sizlər­dən kim onu qəs­dən öl­dü­rərsə, öldür­düyü ovun cəzası olaraq dəvə yaxud inək yaxud qoyun mislində bir qur­banlıq heyvan əvəz ödə­mək­dir. Bunu müsəlmanlar arasında ədalətli insan kimi tanınan, iki kişi qərar ver­məli, onlar necə qərar verərlərsə, elə də edilməli, sonra da hə­min qurbanlıq heyvan Kə­bəyə göndərilib, Haram bölgəsində kəsilməli, yaxud həmin heyvanın qiyməti dəyərində yemək ola­raq Haram bölgəsində fəqirləri, hər bir fəqirə yarım saa miqdarında olmaqla yemək yedirtməli, ya­xud hər bir yarım saa yeməyin əvəzinə oruc tutmalıdır. Bunların hamısı ov edən kimsənin etdiyi günahın əzabını dadması üçündür. Allah Haram hüdudları daxilində ov etməyi və haram edilməzdən əvvəl ehramda ikən quru ovunu ovlamaq günahını ba­ğışlamışdır. Hər kim haram edildikdən sonra yenə bu günaha qa­yıdarsa Allah ona əzab verməklə intiqam alacaqdır. Allah qüvvətlidir, Ona mane olan heç bir qüvvə yoxdur. Allahın istədiyi zaman Ona asi olan kimsədən intiqam alması da Onun qüvvətindəndir. Heç kim Onu bu işdən mane ola bilməz.